Specktr IT şirkəti 2010-cu ildən İnformasiya Texnologiyaları fəaliyyəti sahəsində Azərbaycan bazarında məhsul şirkətlərdən biridir. Şirkətin fəaliyyəti bu sahədə bir neçə əsas istiqamətə ayrılır: informasiya texnologiyaları, təhlükəsizlik xidmətləri və individual həllər.Yarandığı vaxtdan bəri 16 il ərzində şirkət özünü ölkədə dinamik şəkildə inkişaf edən İT bazarında sistemlərin inteqrasiya olunması, avadanlıqların tədarük edilməsi və quraşdırılması, ha belə proqram təminatı üzrə konsaltinq və outsource xidmətlərini əhatə edən geniş çeşiddə xidmətlərin təchizatçısı kimi tanıtmışdır. Qurumların təhlükəsizliyin təmin edilməsi ilə bağlı xidmətlər üzrə mühafizə sisteminin quraşdırılması və texniki xidmətlə təmin olunması, girişə nəzarət, perimetr boyunca mühafizə, yanğına qarşı təhlükəsizlik və videomüşahidə kimi sahələrdə ixtisaslaşmışdır. Biz öz həllərimizdə ən müasir və aparıcı texnologiyalardan istifadə edirik. Müştərinin tələblərindən asılı olaraq konsaltinq xidmətlərimiz texniki-iqtisadi əsaslandırma və digər əlavə xidmət növləri kimi seçimləri əhatə edə bilir. Öz fəaliyyətimizdə təhlükəsizlik məsələləri bizim asas prioritidimizdir və müştəri üçün ən əlverişli və münasib həllər təmin etməyi qarşımıza bir vəzifə kimi qoyuruq. “Specktr IT ” şirkəti istər dövlət, istərsə də qeyri-dövlət sektorlarında İT istiqaməti üzrə istənilən miqyasda xidmətlər göstərir və müştərilərin hamısını etibarlı infrastruktur ilə təmin edir. Şirkətimiz informasiya texnologiyaları sahəsində geniş çeşiddə xidmətlər təklif və tətbiq edir.
Texniki xidmətlər, avadanlıqlar, proqram təminatı və lisenziyalaşdırma həmin xidmətlərə daxildir.